Rusiyada internetə çıxış qadağan EDİLİR

Rusiyada internetə çıxış
İnternet
Dünya 26-02-2025 - 10:57

Rusiyada sosial şəbəkələrdə təhqir və təqiblərə görə internetə çıxışı qadağan etmək istəyirlər.

Ajans.az xəbər verir ki, bu təkliflə insan hüquqları üzrə müvəkkil Tatyana Moskalkova çıxış edib.

Ombudsmanın fikrincə, sosial şəbəkələrdə zorakılıq və təqiblərə görə xırda xuliqanlıq kimi inzibati məsuliyyətin müəyyən edilməsi belə hallara qarşı qabaqlayıcı tədbir ola bilər. Eyni zamanda, o, cinayətkarlar üçün yeni cəza təklif edib.

"Fiziki şəxslər üçün internetə və ya sosial şəbəkələrə çıxışın məhdudlaşdırılması şəklində yeni inzibati cəzanın tətbiqi məsələsinin müzakirəsinə qayıtmağın vaxtı çatıb", - Moskalkova bildirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: