Paşinyan: "Qarabağ hərəkatı" davam etməməlidir"

Paşinyan: "Qarabağ hərəkatı" davam etməməlidir"
Dünya 26-03-2025 - 21:16

"Qarabağ hərəkatı" erməni dövlətçiliyinin formalaşmasına mane oldu.

Ajans.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

"Qarabağ hərəkatı" erməni dövlətçiliyinin formalaşmasına mane olmaq üçün istifadə edilib. Buna görə də birmənalı olaraq hesab edirəm ki, "Qarabağ hərəkatı" davam etməməlidir", - Paşinyan qeyd edib.

Qeyd edək ki, "Qarabağ hərəkatı" 1988-ci ildə hələ Sovet İttifaqının tərkibində olan və ideoloji əsasında ölkənin 1991-ci ildə müstəqilliyini elan etdiyi Ermənistanda başlanmış hərəkat hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: