Gəncədə iyrənc şəraitdə hisə verilən balıqlar bu yerlərdə satılır

Hadisə
26-03-2025 - 20:22
Gəncədə antisanitariya şəraitində hisə verilmiş balıq istehsal olunub.
Ajans.az xəbər verir ki, istehsal, şəhərin Zeynal Xəlilov küçəsində yerləşən Fuad Salmanova məxsus evin həyətində həyata keçirilib. APA TV-yə göndərilən videoda balıqların çirkli və yararsız qablarda duzlanaraq saxlanıldığı görünür. Bu vəziyyət yerli sakinlər arasında narahatlıq yaradıb, sanitar-epidemioloji qaydalara əməl edilməməsi ciddi narazılıq doğurub.
Daha ətraflı videoda:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir