Ən qorxulu həbsxanaların birində 18 il... - ŞOK
Böyük Britaniyalı kişi narkotik qaçaqmalçılığına görə Taylandın Banqkvanq həbsxanasında 18 il cəza çəkib və dəhşətli təcrübəsini bölüşüb.
Ajans.az xəbər verir ki, onun hekayəsini Daily Mail sitat gətirir.
Conatan Uiler motosikletini satıb daha yaxşı həyat axtarışında Böyük Britaniyanı tərk edəndə 32 yaşında olub. Səyahət zamanı Muay Thai-yə aşiq olub, Taylandda boks düşərgəsi və restoran açmağa qərar verib. Ancaq Uilerin pulu olmadığı üçün narkotik qaçaqmalçılığına üz tutub. Banqkokdan Tayvan adasına qadağan olunmuş maddələrin daşınmasına görə ona 10 min funt sterlinq vəd edilib.
Britaniyalı Banqkok hava limanında yaxalanıb. O, 50 il müddətinə azadlıqdan məhrum edilib. Həmin illərin çoxunu Banqkvanq həbsxanasında keçirib.
Uilerin sözlərinə görə, Banqkvanqdakı kamerada təxminən 18 nəfər var. Digər məhbuslarla birlikdə onlardan yalnız 11-ni bir otaqda saxlamaq üçün ayda 250 funt sterlinq ödəyiblər. "Buranı məhbuslar idarə edir, hər şey güc və pulla bağlıdır", - deyə, Uiler bildirib.
Britaniyalının sözlərinə görə, həbsxanada narkotik maddələrə çox rast gəlinir:
“İnsanlar vanna otağında heroin etmək üçün növbəyə düzülürdü. Məhkumların əksəriyyətində İİV-ə yoluxma halları olub. Kameralarda tarakan və taxtabitilər var idi”.
Kişi həbsxanada yeməklərin dəhşətli olmasından da şikayətlənib. Məsələn, o, daşlı düyü yeməli olub.
Mühafizəçilər məhbusları vəhşicəsinə döyüb. Uiler boks öyrətməyə başladığı üçün Banqkvanqda sağ qalmağı bacarıb. Lakin mühafizəçilər yenə də onu ələ salıblar. Uilerin dediyinə görə, bir dəfə o, dörd ay yarım təkadamlıq kamerada qalmalı olub. 2012-ci ildə Uiler əfv olunub və həbsdən azad edilib.