Zurabişvili özündən çıxdı: Hava limanına yumurta ATDI

Zurabişvili özündən çıxdı:
Zurabişvili
Dünya 18-02-2025 - 12:07

Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Münhendən qayıdandan sonra Tbilisi hava limanında yumurta atıb.

Ajans.az xəbər verir ki, bu barədə TV Pirveli televiziya şirkəti məlumat yayıb.

Zurabişvilinin Münhen Konfransından qayıdarkən bir qrup anonim fəalın hədəfində olduğu bildirilir. Münhendən qayıdan Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxaria da yumurta atıb. Təhlükəsizlik və polisin reaksiya verməyə vaxtı olmayıb. Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Bundan əvvəl respublikanın baş naziri İrakli Kobaxidze bəyan etmişdi ki, Tbilisi Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı Brüssellə danışıqları bərpa etməyə hazırdır. O əlavə edib ki, Brüssellə münasibətlərin yaxşılaşdırılması Gürcüstanın birbaşa marağındadır və buna nail olmaq üçün lazımi tədbirlər görməyə hazır olduğunu bildirib.

Bundan əvvəl Obaxidze bildirib ki, Gürcüstan 2025-ci ilin payızında keçirilməsi planlaşdırılan yerli seçkiləri təxirə salmayacaq və bununla bağlı çağırışları Ukrayna ssenarisi ilə müqayisə edib. O əlavə edib ki, yerli özünüidarəetmə orqanları 4 il müddətinə seçilir və onların mandatı yenilənməlidir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: