57 fəhlə qar uçqunu altında qaldı

Hindistanda, Himalay dağlarında yol tikintisində çalışan 57 fəhlə qar uçqunu altında qalıb.
Ajans.az xəbər verir ki, bu barədə "Hindistan Tayms" məlumat yayıb.
Bildirilib ki, indiyədək 16 nəfər xilas edilib, 41 nəfər hələ də itkin hesab olunur.
Yerli polis nümayəndəsinin sözlərinə görə, xilas edilənlərin vəziyyəti ağırdır və onlara həkimlər tərəfindən tibbi yardım göstərilir.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir.