Fransada XAOS: Mafialar gənc “killer”ləri işə götürür – ƏTRAFLI

Fransada XAOS: Mafialar gənc “killer”ləri işə götürür –
Dünya 07-10-2024 - 18:43

Uzun müddətdir mütəşəkkil cinayətkarlıqla və narkotiklərlə əlaqəli zorakılıqla mübarizə aparan Fransanın Marsel şəhərində yeniyetmələrin iştirakı ilə iki dəhşətli qətl hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, keçən həftə 14 yaşlı bir gənc 15 yaşlı gəncin vəhşicəsinə öldürülməsinə görə uğursuz qisas missiyası zamanı bir taksi sürücüsünü öldürüb. Marsel prokuroru Nicolas Bessone xəbərdarlıq edib ki, şəhərin narkobaronları gənc oğlanları soyuqlanlılıqla öldürmək üçün işə cəlb edir. Bazar günü mətbuat konfransı zamanı Bessone 15 yaşlı gəncin qətlinin görünməmiş vəhşiliyini "DZ Mafia" və "Qaralar" kimi tanınan iki banda arasında mübahisə ilə əlaqələndirib.

Həbsxanada olan “DZ Mafia” üzvü iki gün sonra qisas almaq üçün sosial media vasitəsilə 14 yaşlı bir gənci işə götürərək ona 50.000 yevro ödəyəcəyini vəd edib. Bununla belə, 14 yaşlı oğlan 36 yaşlı taksi sürücüsü Nessim Ramdaneni hədəfinə çatmazdan əvvəl güllələyib, çünki sürücü missiyasını yerinə yetirərkən gözləməkdən imtina edib. Yeniyetməni işə götürən məhbus daha sonra polisə zəng edərək onu şikayət edib. Azyaşlı nəzarətə götürülüb və sürücünü güllələdiyini etiraf edib, lakin atəşin təsadüfən açıldığını bildirib.

Qeyd edək ki, bu ilin martında Fransa polisi Marseldə narkotik vasitələrin və silahların ələ keçirilməsi üçün böyük əməliyyat keçirib. Son iki qətl 2024-cü ilin əvvəlindən Marseldə narkotiklə əlaqəli qətllərin sayının 17-yə yüksəlməsi deməkdir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: