Tarixin ən dağıdıcı müharibəsi OLACAQ
Şimali Koreya lideri Kim Çen İn nüvə müharibəsi riskinin artacağı barədə xəbərdarlıq edib.
Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Kim Çen İn əlavə edib ki, ABŞ-lə danışıqlar yalnız Şimali Koreyanın Vaşinqtonun düşmənçilik siyasətinin dəyişməz qaldığına dair fikirlərini təsdiqləyib. Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreya lideri Kim Çen İndən sitat gətirib:
“Koreya yarımadasındakı mürəkkəb vəziyyət “ən dağıdıcı nüvə müharibəsinə” gətirib çıxara bilər. Koreya yarımadasında münaqişə tərəfləri heç vaxt vəziyyətin hər an ən dağıdıcı nüvə müharibəsinə çevrilə biləcəyi təhlükəli və gərgin qarşıdurmada olmamışdılar", - Kim Çen İn müdafiə sərgisinin açılışında deyib.
Şimali Koreya lideri qeyd edib ki, ABŞ özünün böyük hərbi sərvətlərini və müttəfiqlərinin qüvvələrini yerləşdirməklə, nüvə silahından birgə istifadə etməklə və hərbi ittifaqlar sistemini genişləndirməklə təzyiqləri və təxribatların səviyyəsini artırır.