Tanınmış müğənni arıqlamağın sirrini açdı
Rusiyalı müğənni və “Reflex” qrupunun keçmiş solisti Yevgeniya Malaxova bir ayda 10 kiloqram arıqlamağın sirrini açıqlayıb.
Ajans.az xəbər verir ki, müvafiq müsahibəni “Lady Mail” nəşr edib. Sənətçi bildirib ki, qızında doğuşdan sonra kolik yaranıb. Bununla əlaqədar olaraq həkimlər Malaxovaya sərt pəhriz təyin ediblər.
“Şirin, yağlı heç nə yoxdur - sadəcə toyuq döşü, qarabaşaq yarması, süd məhsulları, tərəvəz və meyvələr. Beləliklə, mən doğuşdan cəmi dörd həftə sonra hamiləlikdən əvvəlki çəkimə qayıtdım”, - deyə məşhur etiraf edib.
Bundan əlavə, Malaxova deyib ki, övladları ilə müntəzəm gəzintilər onun yenidən forma almasına kömək edib.