Suriyanın birinci xanımı ilk dəfə görüntüləndi - Video

Xəbər verdiyimiz ki, Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şaara (Culani) ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.
Ajans.az-ın xarici mediaya istinadən məlumatına görə, Culani səfər çərçivəsində Məkkədə Ümrə ziyarətində iştirak edib.
Onu bu səfərdə həyat yoldaşı Latifa əl-Şaara da müşayiət edib. Bununla da, Suriyanın birinci xanımı ilk dəfə görüntülənib.
Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Onu da xatırladaq ki, Əhməd əl-Şaara bu gün Türkiyəyə rəsmi səfər edəcək.