Suriyada yeni konstitusiya hazırlanır

Suriyada yeni konstitusiya
Suriya
Dünya 11-12-2024 - 10:20

Suriyada vəzifəsi ölkənin əsas qanunlarına dəyişiklik etmək olacaq konstitusiya komitəsi yaradılacaq.

Ajans.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına Suriya müxalifətinin siyasi departamentinin nümayəndəsi məlumat verib.

“Əvvəllər qəbul edilmiş konstitusiyaya yenidən baxılması və ona əlavə və dəyişikliklərin edilməsi üçün konstitusiya komitəsi yaradılacaq. Yeni Suriya ədalətə və qanuna əsaslanacaq, bədnam həbsxanalara yer qalmayacaq”, - deyə departamentin nümayəndəsi qeyd edib.

PAYLAŞ: