Sumqayıtın Saray qəsəbəsinin sakinləri OD PÜSKÜRDÜ: 40 ildir…. - VİDEO

Sumqayıtın Saray qəsəbəsinin sakinləri OD PÜSKÜRDÜ:
Gündəm 01-12-2024 - 20:53
 430

Sumqayıt şəhəri, Saray qəsəbəsində yaşayan sakinlər yolla bağlı narazılıq edir.

Ajans.az-a müraciət edən sakin bildirir ki, sözügedən ərazidə yerləşən Qurd dərəsi - Bağlar massivində yollara asvalt örtüyü çəkilmir. Həmçinin hər tərəf palçıqla əhatələnib.

Sakin onu da qeyd edib ki, dəfələrlə aidiyyəti qurumlara şikayət ediblər, hər dəfə söz veriblər ki, gəlib təmir edəcəklər. Lakin heç kəs həmin ərazinin aqibəti ilə maraqlanmır. Nəticədə sakinlər çox əziyyət çəkir. Maşın sürməkdə və gündəlik gediş-gəlişlərdə müntəzəm problemlər yaranır.

Bundan əlavə, həmin ərazidə fəaliyyət göstərən avtobuslar da köhnədir, tez-tez sıradan çıxırlar. Hava yağışlı olduğu zama isə ümumiyyətlə gəlmirlər və nəticədə insanlar yolda qalır. Eyni zamanda o yola taksi də gedib gəlmir. 

Redaksiyamıza şikayətini dilə gətirən sakin onu da söyləyib ki, ərazidə 40 ildə heç bir iş görülməyib. Axırıncı dəfə 1980-cı ildə asvalt örtüyü çəkilib, o da bütün massivi əhatə etmir.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Cahan Seyidzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: