Sumqayıtda gəlinlər QAN TÖKDÜ
Sumqayıtda 29 yaşlı qadın qaynının həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Ajans.az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı, 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.