Sumqayıtda ağır qəza, yaralılar var - FOTOLAR

Hadisə
04-01-2025 - 06:10
Sumqayıtda 5 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az "Unikal"a istinadən xəbər verir ki, səhər saat 07:00 radələrində "BMW" markali avtomobil qırmızı işıqda sürətlə keçərək sərnişin marşrutuna və digər avtomobillərə çırpılıb. Nəticədə sərnişin marşrutu aşıb.
Xeyli sayda yaralı olduğu bildirilir. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.