Somali Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
![Somali Prezidenti Heydər Əliyevin məzarını](https://ajans.az/uploads/images/202502/image_940x_67ac91379f4a9.webp)
Azərbaycanda rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Fəxri xiyabanda xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Ajans.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Həmçinin, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.