ŞOK: “McDonald's”dan bu şəxslər uzaq dursun!"- AÇIQLAMA
“McDonald's” E koli xəstəliyinin yayılmasının qarşısını almaq üçün ölkə üzrə ABŞ-nin hər beş mağazasından birindən “Quarter Pounders”i qadağan edib.
Epidemiya nəticəsində xəstələndiyi güman edilən 49 nəfərdən biri ölüb və on nəfər xəstəxanaya yerləşdirilib. Bəzi ştatlar səbəb müəyyən edilənə qədər “Quarter Pounders” satışını tamamilə dayandırıb, digərləri isə fərqli təmatçılar tapıb.
“McDonald's” bir gecədə 12 milyard dollar dəyər itirib. Bildiyimiz kimi, “McDonald's” şəbəkəsi çox genişdir və dünyanın hər yerində, o cümlədən Azərbaycanda da var.
İnsanları maraqlandıran nüans da odur ki, Azərbaycanda da bu cür kütləvi zəhərlənmələr ola bilər? Ümumiyyətlə, bu cür “fast food” şəbəkələri hansı zərərləri özündə ehtiva edir?
Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, “McDonald's” və digər bir çox “fast food” şəbəkələri var ki, bunlarda qidaların tərkibi daha çox gec xarab olmasına, daha uzun ömürlü olmasına, yarım fabrikat olmasına görə diqqət çəkir:
“Göstərilən hal ilə bağlı ölüm faktının olması xarici mətbuatda bildirilib. Fərqinə vardım ki, xeyli insan sağlamlıq problemləri ilə üzləşib. Sadəcə olaraq onların açıqladığı məlumatda göstərilib ki, bu soğanın tərkibində ola bilər. Buna görə də ABŞ-nin bir çox ştatında sözügedən soğan tərkibli olan qidaların satışını dayandırıblar. Lakin diqqət etmək lazımdır ki, bu tip qidalar immun sistemi zəif, xroniki xəstəliyi olan, eləcə də yaşlı təbəqə və azyaşlı insanlarda daha ciddi fəsadlar törədir. Və xüsusilə də bakteriyanın aşkarlanması zəhərlənmə faktıyla yanaşı mədə-bağırsaq problemləri də yaradıb. Ümumiyyətlə, yaxşı olardı ki, sağlamlıq problemləri olan insanlar mənşəyi bəlli olmayan qidalardan uzaq olsunlar. İmmun sistemi güclü deyilsə, bədən buna dərhal cavab verir. Konkret bir məlumat yoxdur ki, problem ətin tərkibindəndir, yoxsa, yox. Bir o bilinir ki, soğan halqaları zəhərlənməyə səbəb olub. O da menyudan çıxarılıb. Ölkəmizə gəldikdə isə aidiyyəti qurumlar monitorinqlər aparmalıdır və məhsullardan nümunə götürülməlidir”.