​​​​​​​Şirvanda süpürgəçini maşın vurdu

​​​​​​​Şirvanda süpürgəçini
süpürgəçi
Hadisə 04-03-2025 - 16:57

Şirvanda kommunal təsərrüfat işçisini avtomobil vurub.

Ajans.az apa-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

“Mercedes” markalı avtomobi yol kənarını süpürən Şirvan sakini, 1982-ci il təvəllüdlü İlahə İsmayılovanı vurub.

O, müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: