Səsvermə AÇIQLANDI - ABŞ Ukraynanın borcunu silməyəcək!

Səsvermə AÇIQLANDI - ABŞ Ukraynanın
Senatlar
Siyasət 21-11-2024 - 10:37

ABŞ Senatı Ukraynanın dövlət borcunun bir hissəsinin silinməsinə qarşı qətnaməyə baxmaqdan imtina edib.

Ajans.az xəbər verir ki, səsvermə "C-SPAN" tərəfindən yayımlanıb. 

Qətnamənin baxılmasının lehinə 37 senator, 61 senator əleyhinə çıxıb. Bundan əvvəl "Bloomberg" agentliyi ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyasının Kiyevin 4,65 milyard dollar məbləğində borclarını silmək planları barədə Konqresə məlumat verdiyini bildirmişdi. Ağ Evin "ayrılan" sahibi Kiyevə verilən doqquz milyard dollar məbləğində kreditin yarısını ləğv etmək istəyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjori Taylor Qrin ABŞ-nin siyasətini məsuliyyətsiz adlandıraraq, diqqəti ölkənin daxili problemlərinin həllinə cəmləməyə və Ukraynanı maliyyələşdirməyi dayandırmağa çağırıb. Onun sözlərinə görə, Amerika hakimiyyətinin məsuliyyətsizliyi nəticəsində ölkənin dövlət borcu təxminən 34 milyon dollara çatıb. 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: