“Samsung” işlədənlərin NƏZƏRİNƏ: Süni intellektlə idarə edəcəksiniz!
“Samsung” korporasiyası gələcək smartfonlarından sistem parametrlərini silmək qərarına gəlib.
Ajans.az xəbər verir ki, bu barədə Koreyanın “ET News” nəşri məlumat yayıb. Şirkətin planları ilə tanış olan mənbələrə görə “Samsung” gələcək smartfonların proqram təminatından parametrlər bölməsini silmək istəyib. Korporasiya hesab edir ki, onlar menyunu süni intellektlə (AI) parametrlərlə əvəz edə biləcəklər, bu da sorğu vasitəsilə cihazın işində dəyişikliklər edəcək.
İnsayderlər bildirib ki, yeni süni intellektə əsaslanan həll yolu istifadəçinin davranış tərzindən asılı olaraq cihaz parametrlərini müstəqil şəkildə dəyişəcək. Smartfon həm də sahibinin davranışını proqnozlaşdıracaq. Şirkətdən bildirilib ki, parametrləri dəyişmək üçün istifadəçi səsli əmr deməli və ya mətn sorğusu daxil etməli olacaq. Bu, telefonunuzla əlaqəni daha sürətli edə bilər. Müasir “Samsung” smartfonlarında “Bixby” səs köməkçisinə daxil olmaqla artıq parametrləri dəyişə bilərsiniz. Lakin bu funksiyanın işləməsi üçün cihazın sahibi öz cihazında “Bixby”ni aktivləşdirməlidir.