Sabirabadda yol qəzası olub, xəsarət alan var

Sabirabadda yol qəzası baş verib.
Hadisə Şirvan-Sabirabad magistralında qeydəə alınıb. “Mercedes” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə “Mercedes”də olan İmişli sakini, 1975-ci il təvəllüdlü Abbasov Anar Gürşad oğlu xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.//APA