Sabiq prezidentin avtomobili atəşə TUTULDU
Boliviyanın keçmiş prezidenti Evo Morales oktyabrın 27-də avtomobilinə atəş açıldığını bildirib.
Ajans.az xəbər verir ki, siyasətçi atışma zamanı içərisində olduğunu dediyi maşının görüntülərini də dərc edib.
"Bu, hökumətin göstərişi ilə həbs cəhdi idi" deyə o, "Facebook" səhifəsində qeyd edib.
Yayımlanan videoda atışma səsləri eşidilir, maşının ön şüşəsində güllə izləri görünür. Sonra sürücünün başının arxasındakı qanı görə bildiyi kadrlar görünür.