Rusiyadan Qərbə təhdid dolu mesaj göndərildi
Rusiyanın ən yeni orta mənzilli “Oreşnik” raketi Britaniyaya cəmi 15 dəqiqəyə çata bilir, bu mesaj Qərbdə yaxşı eşidilib və başa düşülüb.
Ajans.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlev “RİA Novosti”yə bildirib.
Hazırkı vəziyyətdə o, münaqişədə iştirak edən bütün ölkələrə yeraltı bunkerlərinin işlək vəziyyətdə olmasını yoxlamağı tövsiyə edib.
Juravlev əlavə edib ki, bunkerlərdə olarkən nəhayət, adekvat düşünməyə və Rusiya ilə konstruktiv münasibətlər qurmağa qadir olan, öz şərtlərini tətbiq etməyə çalışmayan layiqli hakimiyyət orqanlarını seçə bilərlər.