Rusiyadan HƏMAS liderinin öldürülməsinə REAKSİYA

Rusiyadan HƏMAS liderinin öldürülməsinə
Siyasət 18-10-2024 - 12:32

Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyir ki, İsrail beynəlxalq ictimaiyyət tərəfindən qəbul ediləcək şəkildə repressiyalarla öz məqsədlərinə çatmayacaq.

Ajans.az xəbər verir ki, rus mediası ilə söhbətində senator Fələstinin HƏMAS radikal hərəkatının rəhbəri Yəhya Sinvarın öldürülməsinə belə reaksiya verib.

“Belə olan halda, mənə elə gəlir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun Təhlükəsizlik Şurası Yaxın Şərqdə bu cür qan tökülməsini rədd etmək mövqeyini daha yüksək səslə və təsirli şəkildə bəyan etməlidir. Bunu İsrail rəhbərliyi dinləməli və müvafiq qərar qəbul edilməlidir”, - deyə, Karasin bildirib.

Ötən gün “İDF” Qəzza zolağında keçirilən əməliyyat nəticəsində Sinvarın öldürüldüyünü açıqlayıb.” Al Hadath” telekanalı mənbələrinin bildirdiyinə görə, DNT testi zərbə yerində tapılan qalıqların əslində Sinvara aid olduğunu təsdiqləyib. İsrail Müdafiə Qüvvələri öz Telegram kanalında Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın öldürülməsindən bir neçə dəqiqə əvvəl ələ keçirildiyi iddia edilən pilotsuz təyyarədən çəkilmiş görüntüləri dərc edib. Görüntülərdə yaralı Sinvarın üzünü və başı parça ilə örtülmüş stulda oturduğu Qəzza zolağının cənubundakı uçuq-sökük evin içərisində orduya məxsus pilotsuz uçan aparatının uçduğu görünür. HƏMAS lideri çubuğa bənzəyən cisimlə pilotsuz təyyarəni vurmağa cəhd edib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: