Rusiyada səfərbərlik elan olundu: Ordu çətin durumda?

Rusiyada səfərbərlik elan olundu:
Gündəm 17-01-2025 - 00:11
 848

Vladimir Putin 2025-ci ildə ehtiyatda olan vətəndaşların səfərbəyliyi ilə bağlı fərman imzalayıb

Ajans.az xəbər verir ki,16 yanvar 2025-ci il tarixində Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan vətəndaşların səfərbəyliyə çağırılması ilə bağlı fərman imzalayıb. Sənəd Rusiya Federasiyasının hüquqi məlumat portalında dərc edilib. Analoji fərman 2024-cü ildə mart ayında qəbul edilmişdi.


Fərmana əsasən, 2025-ci ildə ehtiyatda olan bütün vətəndaşlar Rusiya Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin, habelə dövlət mühafizə və Federal Təhlükəsizlik Xidmətinin tərkibində hərbi təlim toplanışlarına cəlb olunacaq. Rusiya Hökumətinə və regionların icraedici hakimiyyət orqanlarına bu prosesin təşkilini və həyata keçirilməsini təmin etmək tapşırılıb.

Mütəxəssislər hesab edir ki, məlum müharibə Rusiyanı çətin vəziyyətlə üz-üzə qoyub. Ölkədə iqtisadi problemlər baş qaldırıb. Orduda hərbçi çatışmazlığı isə bu il də səfərbərlik haqqında fərman imzalanmasını labüd edib.

PAYLAŞ: