Rusiyada hökumət binasına qumbara atılıb

Rusiyada hökumət binasına qumbara atıblar.
Ajans.az xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev bildirib. O qeyd edib ki, naməlum şəxs partlayıcı qurğunu Samara vilayətinin hökumət binasının eyvanına atıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, səki plitələrinə ziyan dəyib.
Rəsmi bildirib ki, hadisə yerli vaxtla səhər saat 5:30-da baş verib. Ehtimallara görə, eyvana RGD qumbarası atılıb. Şübhəli saxlanılıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir, hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.