Rusiyada güclü YANĞIN

Rusiyada güclü
Dünya 22-02-2025 - 11:24

Şənbə günü Rostov-na-Donu şəhərinin Dovatora küçəsində kağız tullantıları anbarı yanıb.

Ajans.az xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.

İlkin olaraq yanğının sahəsi 1,5 min kvadratmetr idi, sonradan RİA Novosti-nin məlumatına görə, 1,8 min kvadratmetrə qədər artıb.

Yanğının söndürülməsi zamanı dam örtüyü qismən dağılıb. Şəhərin müxtəlif yerlərindən qara tüstü sütunları görünür.

Hadisə yerində 13 texnika və Fövqəladə Hallar Nazirliyinin 45 nümayəndəsi işləyir. İlkin məlumata görə, itki yoxdur. Yanğının baş vermə səbəbləri barədə hələlik məlumat yoxdur.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: