Rusiya Polşanı sabotaj edir?

Rusiya Polşanı sabotaj edir?
Polşa
Siyasət 29-10-2024 - 13:16

Polşa prezidenti Anjey Duda ölkənin xarici işlər naziri Radoslav Sikorskinin Rusiyanın Poznandakı baş konsulluğunu bağlamaq qərarını şübhə altına alıb.

Ajans.az xəbər verir ki, Polşa lideri bu barədə Radio Zet radiosunda bildirib.

“Ümid edirəm ki, mühüm səbəblər var idi və söhbət nazir Sikorskinin həyata keçirmək istədiyi seçki kampaniyası ilə bağlı deyil”, - deyə, prezident qeyd edib.

Duda izah edib ki, Varşava ilə Moskva arasında “açıq-aşkar siyasi münaqişəyə” baxmayaraq, ölkələr arasında diplomatik münasibətlərin əsas səviyyəsi qalmaqdadır.

Oktyabrın 22-də Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Poznandakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürüb. Polşanın xarici işlər naziri Sikorski bu qərarı Rusiyanın guya “sabotaj cəhdi” kimi izah edib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: