Rusiya G8-ə QAYIDIR?

Rusiya G8-ə
G8
Dünya 19-03-2025 - 09:03

Rusiyanın Moskvanın xaric edilməsindən sonra G7-yə endirilən Səkkizlər Qrupuna (G8) qayıtmaq planları yoxdur.

Ajans.az xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Kanal 4-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya ona qarşı tətbiq edilən çoxsaylı sanksiyalara baxmayaraq, dünyadan təcrid olunmayıb və hələ də bir çox iri beynəlxalq təşkilatlarda qalır.

“Böyük səkkizliyin bir hissəsi olmaq arzusu yoxdur. Biz böyük beynəlxalq təşkilatın, BMT-nin, ATƏT-in və digərlərinin üzvləriyik. Londonda dörd beynəlxalq təşkilat var”, - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: