Bu ölkənin prezidentinə bombalı HÜCUM

Somalinin paytaxtı Moqadişoda prezident Həsən Şeyx Məhəmmədin karvanı keçərkən terror təşkilatı Əl-Şəbab bombalı hücum həyata keçirib.
Ajans.az xəbər verir ki, prezident sarayının yaxınlığında baş verən hücumda Mahmuda zərər dəyməyib.
Mahmud hücumdan xəsarət almadan xilas olarkən, terror təşkilatı Əl-Şəbab hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.Partlayış prezident sarayının yaxınlığında baş verib və hədəf prezident Həsən Şeyx Məhəmməd olub.
Bombanın partlaması nəticəsində mülki əhalinin yaşadığı binanın dağıldığı, bir avtomobilin yararsız hala düşdüyü bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.