Tramp Putinlə danışıqlardan MƏYUSDUR

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə söhbətinin nəticəsindən məyus ola bilər.
Ajans.az xəbər verir ki, bu barədə The New York Times yazır.
Məqalədə qeyd olunur ki, Amerika lideri danışıqların fərqli nəticəsinə ümid edirdi. Nəşr qeyd edir ki, Ağ Evin bir neçə günlük nikbin bəyanatlarından sonra bu çağırışın nəticəsi cənab Trampın Moskvaya müraciətində gözlədiyindən çox uzaq olub.
Eyni zamanda Trampın özü də bəyan edib ki, Putinlə söhbət çox məhsuldar olub. Onun sözlərinə görə, hazırda Ukraynada nizamlanma prosesi tam sürətlə gedir.
İki ölkə liderləri arasında martın 18-də iki saatdan çox davam edən telefon danışığı olub. Siyasətçilər Ukrayna münaqişəsinə son qoyulması ilə bağlı fikir mübadiləsi aparıblar. Putinin Trampın Rusiya və Ukraynanın enerji infrastrukturuna hücumlardan 30 günlük qarşılıqlı imtina etməsi ideyasını dəstəklədiyi bildirilir.