Ukraynalı oliqarxlara sanksiya tətbiq olunsun - Mask

Ukraynalı oliqarxlara sanksiya tətbiq olunsun -
Dünya 09-03-2025 - 12:51

ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri, iş adamı İlon Mask ukraynalı milyarderlərə sanksiya tətbiq etməyə çağırıb.

Ajans.az xəbər verir ki, İlon Mask bu barədə X-da paylaşım edib.

“Ukraynalı 10 oliqarxa, xüsusən Monakoda villaları olanlara sanksiya tətbiq edin”, - deyə ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri vurğulayıb.

İlon Mask hesab edir ki, bu, Ukraynada atəşkəsə nail olmağın “açar”ıdır.

PAYLAŞ: