Bu ölkədə ŞOK: Qadın ərindən qisas almaq üçün öz uşaqlarını... - FOTO

Bu ölkədə ŞOK: Qadın ərindən qisas almaq üçün öz uşaqlarını... -
Dünya 22-10-2024 - 14:23

Çində iki uşaq anası ərini əsəbiləşdirmək istədiyi üçün onları hündürmərtəbəli binanın pəncərəsindən kənarda oturdub.

Ajans.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat verib.

Oktyabrın 10-da səhər saatlarında Henan əyalətinin Luoyang qraflığında bir evin sakinləri kiçik bir qızın qışqırtısını eşidiblər. 23-cü mərtəbədə yaşayan ər-arvadın qonşularından biri pəncərədən baxanda kondisionerin xarici blokunda oturan oğlan və qız görüb. Qız qorxudan ağlamağa başlayıb. Bu zaman anası pəncərənin üstündə olub və əri ilə ucadan mübahisə edərək, uşaqlara yaxınlaşmağa imkan verməyib.

Qonşu təcili yardım çağırıb. Hadisə yerinə gələn yanğınsöndürənlər uşaqları kondisionerdən çıxarıb. Cütlüyün niyə mübahisə etdiyi məlum deyil, amma görünür, qadın bunu ərindən qisas almaq üçün edib. Ananın cəzalandırılıb-cəzalandırılmayacağı məlum deyil. Polis hadisə ilə bağlı araşdırma aparır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: