Rusiya bu hücumlara cavab VERƏCƏK

Rusiya bu hücumlara cavab
Dünya 04-01-2025 - 22:18

“Ukrayna Silahlı Qüvvələrinin ATACMS raketləri ilə Belqorod vilayətinə hücum cəhdinə cavab verəcəyik”.

Ajans.az xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

“Yanvarın 3-də ABŞ istehsalı olan ATACMS taktiki raketlərindən istifadə etməklə Ukrayna ərazisindən Belqorod vilayətinə raket zərbəsi endirməyə cəhd edilib. Raket əleyhinə döyüş zamanı “S-400” zenit-raket kompleksinin döyüş ekipajları sistemi və “Pantsir-SM” zenit-raket sistemi ATACMS raketlərinin hamısını vurub. Qərbin dəstəyi ilə həyata keçirilən bu hücumlara cavab verəcəyik”, - sənəddə bildirilib.

PAYLAŞ: