Rektor vəzifədən azad edildi - Yerinə xanım gətirildi

Rektor vəzifədən azad edildi -
Gündəm 05-11-2024 - 12:00
 69

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyindəki Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov vəzifəsindən azad edilib.

Ajans.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, bununla bağlı AHİK-in sədri Sahib Məmmədov əmr imzalayıb.

Hüseyn Qaraşov bu gün kollektivlə vidalaşıb.

Sahib Məmmədovun digər əmri ilə akademiyanın rektoru vəzifəsi Nurəngiz Mikayılovaya həvalə olunub.

Qeyd edək ki, N.Mikayılova AƏSMA-nın prorektoru vəzifəsində çalışıb.

PAYLAŞ: