Ramazan Resepti- Bu qidaları yeməyin!

Ramazan Resepti-
Sağlamlıq 03-03-2025 - 14:24

Mübarək Ramazan ayını yaşayırıq. Müsəlman ölkəsi olaraq Azərbaycanda da bir çox insan oruc ibadətinə əməl edir və imsaka qalxır. Lakin Ramazan ayında qida rejimi dəyişdiyi üçün həzm sistemi də öz fəaliyyətində ciddi korrektələr etməli olur.

Bu baxımdan, mübarək ayda – imsak, iftar və iftardan sonra qidalanma necə olmalıdır ki, sağlamlığa zərər dəyməsin? İnsanlar qidalanmada nələrə diqqət etməli, hansı ardıcıllığa riayət etməlidirlər?
İmsakda hansı qidalardan çəkinmək lazımdır? Bəzən oruc tutanlar imsakda yemək yemir və ya düzgün qidalanmır. Bu, hansı fəsadlara səbəb ola bilər?
Mövzu ilə bağlı fikirlərini bölüşən qida eksperti Fərid Səfərov ''Ajans.az"a söyləyib ki, oruc tutarkən balanslı və qədərində qidalanmağa çalışın:


‘’Böyük porsiyalar əvəzinə iftardan sonra aralıqla və kiçik porsiyalarla yeyin. Yeməyi sürətlə deyil, yavaş-yavaş və yaxşı çeynəyərək qəbul edin. İmsaq yeməyini mütləq yeyin. Susuzluq hiss etməsəniz belə, iftar və imsaq arasında mütəmadi su için. Kofein tərkibli içkilərin miqdarını minimuma endirin. Qazlı və şəkərli içkilərdən uzaq durun. İftar və imsaq zamanı badam, qoz və digər çərəzləri rasiona daxil edin. İmsaqda lifli və toxluq hissi yaradan qidalara üstünlük verin. Yağlı, ağır, duzlu və ədviyyatlı yeməklərdən çəkinin. Qovrulmuş və qızardılmış yeməklər əvəzinə sobada, buxarda bişirilmiş və ya qaynadılmış qidalara üstünlük verin. İftardan dərhal sonra şirniyyat yeməyin. İftardan 1-2 saat sonra piyada gəzin və fiziki aktivliyinizi qoruyun. Yuxu rejiminə riayət etməyə çalışın’’.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: