Qazaxıstanda AES tikintisinə dair referendum BAŞ TUTUB

Dünya
06-10-2024 - 10:56
Bu gün Qazaxıstanda ölkədə atom elektrik stansiyasının (AES) tikintisinə dair keçirilən referendumda seçicilərin 50 faizindən çoxu səs verib.
Ajans.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Yerlli vaxtla saat 14.00-a qədər seçicilərin 51,77 faizi səs verib.
Beləliklə, 50 faizlik baryer aşıldığına görə artıq referendum baş tutmuş sayılır.
Aqil Qarayev
Vəzifəsi: Müxbir