Qazaxıstan hava limanlarını və təyyarələri YOXLAYACAQ

Qazaxıstan hava limanlarını və təyyarələri
Aktau
Gündəm 26-12-2024 - 11:35

Aktauda baş vermiş fəlakətdən sonra Qazaxıstanda hava limanlarına və təyyarələrə plandankənar yoxlamalar aparılacaq.

Ajans.az xəbər verir ki, bundan əlavə, ölkə hakimiyyəti respublikada aviasiya təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən sərnişin təyyarələrinin ekipajlarının ixtisaslarının yenidən yoxlanılması barədə göstəriş verib. Bu barədə Respublika Nazirlər Kabineti məlumat yayıb.

Bir gün əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasını araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib. Yeni komissiyaya baş nazirin müavini Bozumbayev rəhbərlik edəcək.

Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev Azərbaycan Hava Yollarına məxsus Bakıdan Qroznıya uçan Embraer 190 təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı brifinqdə çıxış edərək, bu faciə ilə bağlı tələsik nəticə çıxarmamağa və nəticəni gözləməyə çağırıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: