Qalaktikamız nəhəng quruluşun BİR HİSSƏSİDİR – YENİ KƏŞF
Astronomlar kainatın quruluşu haqqında sensasiyalı kəşf edib.
Ajans.az xəbər verir ki, bu barədə “Nature Astronomy” jurnalında araşdırma dərc olunub. Araşdırmaya əsasən, qalaktika düşündüyümüzdən daha böyük bir yerli quruluşun kiçik bir hissəsidir. Məlum məsələdir ki, qalaktika Günəş ətrafında fırlanır, o da bir neçə kiçik qalaktika və Andromedanı özündə birləşdirir.
Astronomlar qalaktikaların sürətini və hərəkətini ölçməyə çalışarkən rast gəlinən səhvləri nəzərə alaraq yerli kainatın ehtimal xəritəsini yaradıb. Onlar kəşf edib ki, qalaktika və bir sıra nəhəng strukturlar “cazibə hövzəsi” (BoA) tərəfindən ehtiva olunur. Bu kəşf əlavə müşahidələr və təhlillərlə təsdiqlənərsə, Kainatın quruluşu haqqında anlayışımız kökündən dəyişəcək. Eyni zamanda cazibə qüvvəsinin böyük miqyasda daha yaxşı anlamağımıza səbəb olacaq.