Putinin Qazaxıstan səfərinin vaxtı açıqlandı
Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana dövlət səfəri noyabrın 27-nə planlaşdırılıb.
Ajans.az xəbər verir ki, bunu Astanada Rusiya xarici işlər naziri Sergey Lavrovla geniş tərkibdə görüşdə respublikanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu deyib.
“Rusiya Prezidentinin noyabrın 27-də Qazaxıstana gözlənilən dövlət səfəri çoxşaxəli tərəfdaşlığın təşviqi baxımından böyük əhəmiyyət kəsb edir”.
Öz növbəsində, Lavrov qeyd edib ki, tərəflər Rusiya prezidentinin noyabrın 27-də Qazaxıstana dövlət səfərinə ciddi hazırlıq görürlər.
Bundan əvvəl Putin 2023-cü ilin noyabrında Qazaxıstana rəsmi səfər edib, bu ilin iyulunda isə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edib.