Prezident: D-8 ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul edib, bu, bizim üçün qürur mənbəyidir

Prezident:
Gündəm 19-12-2024 - 20:06

Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir.

Ajans.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” paylaşımında bildirilib.

“Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir”, - paylaşımda qeyd edilib.

PAYLAŞ: