Prezident sülhdən danışdı: "Mövqelərimiz bir-birinə kifayət qədər yaxınlaşıb"

Prezident sülhdən danışdı:
Prezident
Siyasət 02-04-2025 - 12:28

Tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır və hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır.

Ajans.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında bildirib.

Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayan dövlətimizin başçısı deyib: “İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.

PAYLAŞ: