Ərdoğan Netanyahuya xəbərdarlıq ETDİ - VİDEO
Nazirlər Kabinetinin iclasından sonra çıxış edən prezident Ərdoğan Suriyada işğala başlayan İsrailə diqqətçəkən xəbərdarlıq edib.
Ajans.az xəbər verir ki, prezidentin sözügedən açıqlaması müzakirələrə səbəb olub. Ərdoğan “İsrail gec-tez işğal etdiyi torpaqlardan çəkiləcək, buna məcbur olacaq. İsraildə dövlət ağlı varsa, bunu nə qədər tez anlasalar, bir o qədər yaxşıdır” ifadələrini işlədib.
"İnanıram ki, Suriyanın qonşuları da bu mühüm həqiqəti görür. Sabit Suriya bütün bölgə üçün sabitlik və güvən mənbəyidir. Biz görürük ki, İsrailin artan təcavüzünün səbəbi Suriyadakı inqilaba kölgə salmaq və Suriya xalqının ümidlərini boğmaqdır. Əlində 50 min günahsız insanın qanı olan Netanyahunun tutduğu yol yol deyil. 61 illik Baas rejiminin dağılması ilə Suriyada tamamilə yeni bir dövr başladı. Biz Suriyanın qonşusu və qardaşı olaraq yeni prosesi oxuyan, təhlil edən və araşdıran ölkə mövqeyindəyik”, - deyə, o fikirlərinə əlavə edib.