Lukaşenko ABŞ-ni buna görə ittiham etdi

Lukaşenko ABŞ-ni buna görə
Lukaşenko
Siyasət 10-12-2024 - 15:12

Suriyada hərbi çevrilişin təşkilinin arxasında Vaşinqton dayanır.

Ajans.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. O, ABŞ-ni Bəşər Əsədi Suriya lideri vəzifəsindən uzaqlaşdırmaqda ittiham edib.

“Biz Suriya ərazisindən Aralıq dənizi sahillərinə bir yerdən qaz kəməri çəkməliyik. Bütün bunlar Qərbin və amerikalıların maraqlarına uyğundur. Onlar orada əsas rol oynayırlar”, - Belarus lideri bildirib.

O, həmçinin Suriyada yeni hökumətin Rusiya ilə münasibətlərini davam etdirəcəyinə əminliyini ifadə edib. Daha əvvəl Belarus lideri Bəşər Əsədin Suriya prezidenti postundan istefa verməsini Minsk üçün dərs adlandırıb. Onun iddia etdiyi kimi, ölkədə hakimiyyət uğrunda mübarizə başlayır. Bundan əlavə, mövcud vəziyyətlə əlaqədar Lukaşenko insanları dövlətlərinin qayğısına qalmağa çağırıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: