HƏMAS-ın sonudur! - Netanyahu
Fələstin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın məhv edilməsi qruplaşmanın “son gününün başlanğıcı” olacaq.
Ajans.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib .
“Bu gün hesabı həll etdik. Bu gün pisliyə zərbə vurulub, amma bizim vəzifəmiz hələ də tamamlanmayıb”, - deyə, hökumət başçısı bildirib. Eyni zamanda Netanyahu birbaşa girovların ailələrinə müraciət edib. O, videomüraciətində bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) girovları evlərinə qaytarmaq üçün tam gücü ilə çalışacaq.