Paşinyan bu iddiaları RƏDD ETDİ!

Paşinyan bu iddiaları
Siyasət 12-10-2024 - 12:32

Baş nazir Nikol Paşinyan onun administrasiyası tərəfindən hazırlanmış “Sülh yollarının kəsişməsi” layihəsinin xarici güc tərəfindən tətbiq edilməsi ilə bağlı iddiaları rədd edib. 

Ajans.az xəbər verir ki, “Sülhün kəsişməsi: Təhlükəsizlik və Demokratiyanın birləşdirilməsi” adlı konfransda çıxış edən baş nazir bu cür iddiaları eşidəndə təəccübləndiyini bildirib:

 “Bu, vəziyyətin düzgün qiymətləndirilməməsinin nəticəsidir. Bu layihə Ermənistanın maraqlarının mərkəzindədir”.

O, Ermənistanın layihənin təklif etdiyi həll yollarından daha çox maraqlı olduğunu deyib:

“Təsəvvür edin ki, biz sərhəd potensialımızın çox hissəsindən, yəni transit, idxal və ixrac üçün potensial infrastrukturun böyük hissəsindən istifadə etməməklə inkişaf edirik. Ermənistanın potensial infrastruktur imkanlarının 70 faizindən istifadə olunmur, çünki onun qlobal dəmir yolu şəbəkəsinə qoşulmaq üçün və qlobal Şimal-Cənub, Şərqlə inteqrasiya etmək imkanı yoxdur. Bu imkanlar ya çox məhduddur, ya da Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinin tamamilə bağlanması nəticəsində süni şəkildə əngəllənir”. 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: