Pensiyaların artım məbləği AÇIQLANDI - 2024-cü ilin YEKUNU

Pensiyaların artım məbləği AÇIQLANDI -
Təqaüd
İqtisadiyyat 14-11-2024 - 19:02
 3240

Növbəti ildən etibarən yaşa görə pensiyanın orta məbləği 50 manat artaraq 516 manata çatacaq. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu barədə 2024-cü il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.

Komitə sədri bildirib ki, bu artımlar, sosial təminatın yaxşılaşdırılması və vətəndaşların rifahının yüksəldilməsi məqsədini daşıyır. O, həmçinin əlilliyə görə pensiyanın orta aylıq məbləğinin 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın isə 454 manata yüksələcəyini açıqlayıb. 

Bu dəyişikliklər aztəminatlı ailələrə və xüsusi ehtiyacı olan vətəndaşlara dəstək məqsədilə həyata keçirilir və dövlətin sosial siyasətinin gücləndirilməsi ilə bağlı önəmli addım kimi qiymətləndirilir.

Bu artımın bu səviyyədə olması bir çox analitik və mütəxəssislər tərəfindən gözlənilən bir hal idi. Son illər ərzində dövlət sosial təminat sistemindəki təkmilləşdirmələri və vətəndaşların rifahını yaxşılaşdırmaq üçün müxtəlif tədbirlər həyata keçirib. Pensiya artımları da bu siyasətin bir hissəsidir və əhalinin müxtəlif sosial təbəqələrinə dəstək olmaq məqsədi güdür.

Musa Quliyevin verdiyi məlumatda qeyd olunan artımlar, həm iqtisadi göstəricilərin artması, həm də büdcə gəlirlərinin təmin etdiyi imkanlar çərçivəsində müəyyənləşdirilib. Dövlət büdcəsindəki dəyişikliklər, inflyasiya və həyat səviyyəsinin yüksəlməsi kimi amillər nəzərə alınaraq həyata keçirilən bu artımların, pensiyaların real dəyərinin qorunması və insanların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə planlaşdırıldığı düşünülür.

Bəs bu məbləğin ilin sonuna doğru daha artması mümkündürmü?

Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli Ajans.az-a bildirib ki, artımın bu səviyyədə olması gözlənilən bir hal idi:

“Əslində təqaüdlərin hansı səviyyədə olması ilə bağlı danışmaq çətindir. Çünki hamımız istəyirik ki, yüksək olsun. Amma artımın 10 faiz civarında olacağı öncədən bilinirdi. Burda da söhbət orta təqaüdlərin orta səviyyəsindən gedir. Yəni minimumla maksimum arasındakı ortadan gedir söhbət. Bu o deməkdir ki, 10 faizdən çox artmayacaq. Artımın faiz nisbətinin 10 faiz olacağını düşünürəm. Amma bu sadəcə insanlarda 10 faizin az reaksiya doğuracağını nəzərə alaraq mütləq rəqəmlərlə söylənilib”.

Ekspert qeyd edib ki, maliyyə nazirliyinin elan verdiyi büdcə parametrlərində 10 faizdən çox artımın olmayacağı gözlənilirdi.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: