“Səbail” Gəncədən bir xalla qayıtdı

“Səbail” Gəncədən
Gündəm 30-03-2025 - 18:28

Misli Premyer Liqasında 28-ci turun növbəti oyunu keçirilib.

Ajans.az  xəbər verir ki, elitada qalmaq uğrunda mübarizə aparan "Kəpəz" və "Səbail" komandaları Tovuzda üz-üzə gəlib.

Görüş 1:1 hesablı heç-heçə ilə bitib. Hesabı 41-ci dəqiqədə "Kəpəz"in heyətində Şervoni Mabatşoev açıb. "Dənizçilər"in bərabərlik qoluna isə Dimitro Litvin imza atıb.

Bu nəticədən sonra Gəncə klubu 24 xalla 9-cu, qonaqlar isə 19 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

PAYLAŞ: