Şəmkirdə arxda kişi meyiti TAPILDI

Hadisə
30-03-2025 - 15:04
Şəmkirdə meyit tapılıb.
Ajans.az APA-ya istinadən xəbər verir ki, meyit Gəncə-Şəmkir yolunun kənarında, Yeni həyat kəndinin yaxınlığında yerləşən restoranın ətrafında aşkarlanıb.
Meyitin təxminə 35-40 yaş arasında şəxsə aid olduğu ehtimal olunur. Üzərində heç bir zorakılıq aşkar olunmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Meyit adiyyatı üzrə ekspertizaya təqdim olunub.
Hazırda meyiti tapılan şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.