Tramp BRICS ölkələrini HƏDƏLƏDİ

Tramp BRICS ölkələrini
Tramp
Dünya 31-01-2025 - 11:31

ABŞ prezidenti Donald Tramp bildirib ki, BRICS ölkələri öz valyutalarını yaradıb qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtina etsələr, ABŞ-a idxal olunan mallara 100% rüsum tətbiq olunacaq.

Ajans.az xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində bildirib:

“BRICS ölkələrinin dollardan uzaqlaşmağa çalışırsa, biz bir kənarda dayanıb bütün bunları seyr etmək fikrində deyilik. Biz bu zahirən düşmən kimi görünən ölkələrdən yeni BRICS valyutası yaratmamaq və ya güclü ABŞ dollarını əvəz edəcək hər hansı digər valyutanı dəstəkləməmək barədə öhdəliklər tələb etməyə hazırlaşırıq, əks halda onlar 100 faiz tariflərlə üzləşəcək və böyük ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar”.

Trampın sözlərinə görə, BRICS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi şansı yoxdur.

“Bunu etməyə çalışan hər bir ölkə yeni tarifləri alqışlamalı və Amerika ilə vidalaşmalıdır”, - deyə Tramp hədə tonunda qeyd edib.

PAYLAŞ: