Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var

Gündəm
30-03-2025 - 18:37
Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Ajans.az xəbər verir ki, hadisə rayonun Müsüslü kəndində qeydə alınıb.
"Mercedes" və "VAZ 21 06" markalı minik avtomobilləri kənd yolunda toqquşub. Nəticədə 2 nəfər müxtəlif xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.